Qol və qırmızı vərəqə
Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlar çərçivəsində "Barselona” ilə qarşılaşmada fərqlənən "Atletiko"nun hücumçusu Fernando Torres karyerasında ilki rəsmiləşdirib.
Sportal.az xəbər verir ki, forvard "Atletiko" forması ilə Çempionlar Liqasında ilk qoluna imza atıb. 2001-07-i illərdə və 2015-ci ildən bu yana "Atletiko” formasını geyinən futbolçu "Barselona” ilə qarşılaşmanın 25-ci dəqiqəsində buna nail olub.
Qol vurduqdan sonra oyunun 29 və 35-ci dəqiqələrində ardıcıl iki sarı vərəqə alan və komandasını azlıqda qoyan 32 yaşlı hücumçu Çempionlar Liqasında daha bir ilkini reallaşdırıb. O, bu turnirdə "qırmızı" hesabını açıb.
saytlarin hazirlanmasi