20 nəfərlik heyət
Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşü çərçivəsində "Atletiko" ilə qarşılaşacaq "Barselona" 4 futbolçunun xidmətindən məhrum olacaq.
Sportal.az xəbər verir ki, bunlar Jeremi Matye, Tomas Vermalen, Rafinya və Aleks Vidaldır. Hər dörd futbolçu zədə səbəbindən sabahkı görüşdə meydana çıxa bilməyəcək. Kataloniya təmsilçisi "Atletiko" ilə cavab oyunu üçün Madridə aşağıdakı heyətlə yollanır:
Bravo, ter Ştegen, Masip, Duqlas, Pike, Rakitiç, Buskets, Dani Alveş, Arda Turan, İniyesta, Suares, Neymar, Messi, Maskerano, Bartra, Munir, Jordi Alba, Roberto və Adriano.
Qeyd edək ki, bu gün keçiriləcək "Atletiko" - "Barselona" oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
saytlarin hazirlanmasi