"Real"ın daha bir futbolçusu zədələndi

01:23 - 28 Aprel 2016

"Real Sosyedad"a qarşı oynamayacaq
 
"Real"ın daha bir futbolçusu zədələnib.
 
Sportal.az xəbər verir ki, Madrid klubunun hücumçusu Xese Rodriqesin Çempionlar Liqasının yarımfinal mərhələsində "Mançester Siti"yə qarşı ilk matçda ayağından zədə aldığı müəyyənləşib. Onun La Liqanın 36-cı turunda "Real Sosyedad"a qarşı oynamayacağı bildirilib.
 
Qeyd edək ki, "Real"ın digər hücumçuları Kriştiano Ronaldo və Kərim Benzema zədəli futbolçular sırasındadır.

Xəbər xətti