Dieqo Simeone oğlundan xahiş etdi, cəzalandı

11:50 - 28 Aprel 2016

3 oyunluq cəzalandı
 
"Atletiko" Madridin baş məşqçisi Dieqo Simenoe cəzalandırılıb.
 
Sportal.az xəbər verir ki, buna argentinalı baş məşqçinin La Liqanın 35-ci turu çərçivəsində "Malaqa" ilə keçirilən oyunda (1:0) etdiyi hərəkət olub. Belə ki, oyunun gedişində topdaşıyan uşaqdan meydana ikinci topu atmağı xahiş edən Simeone "Malaqa"nın əks-hücumuna mane olub. Buna görə də, Simeone İspaniya Futbol Federasiyası tərəfindən 3 oyunluq cəzalanıb.
 
Qeyd edək ki, topdaşıyan uşaq Dieqo Simeonenin oğlu Raul Simeone olub.

Xəbər xətti