"Real"da ciddi itki: ÇL-in finalında oynamayacaq

21:35 - 22 May 2016

Varan zədələnib
 
Madridin "Real” klubu ciddi itki ilə üzləşib.
 
Sportal.az xəbər verir ki, baş məşqçi Zinəddin Zidan komandanın aparıcı müdafiəçisi Rafael Varanın xidmətindən məhrum olub. Fransız futbolçu komandanın məşqi zamanı xəarət alıb. Aparılan tibbi müayinədən sonra 23 yaşlı futbolçunun sol ayaq əzələsində ikinci dərəcəli yırtıq aşkarlanıb.  Təcrübəli futbolçu mayın 28-də Çempionlar Liqasının finalında "Atletiko” ilə qarşılaşmada komandasına kömək edə bilməyəcək. Fransa milli komandasının üzvünün ölkəsində keçiriləcək Avropa çempionatında iştirak edib-etməyəcəyi isə bəlli deyil. 
 

Xəbər xətti