10 ildən sonra qayıtdı
 
İspaniya La Liqasına vəsiqə qazanan ilk komandanın adına aydınlıq gəlib.
 
Sportal.az xəbər verir ki,  İspaniya Sequndasının 41-ci turunda "Numansiya"nı 2:0 hesabı ilə məğlub edən "Alaves" la Liqaya vəsiqə qazanıb.
 
Xatırladaq ki, "Alaves" sonuncu dəfə 2005/06 mövsümündə La Liqada iştirak etmişdi.