"Deportivo" Sançeslə yolları ayırdı
İspaniya La Liqasında baş məşqçi istefası reallaşıb.
Sportal.az xəbər verir ki, "Deportivo" klubu baş məşqçi Viktor Sançes del Amo ilə yola davam etməmək qərarı qəbul edib. Bu barədə "El Turko" ləqəbli klubun rəsmi saytında məlumat verilib.
Qeyd edək ki, "Deportivo" 2015/2016-cı il mövsümünü 38 matçda 8 qələbə, 18 bərabərlik, 12 məğlubiyyətlə topladığı 42 xalla 15-ci sırada tamamlayıb.
saytlarin hazirlanmasi