İsrafilovun "Kordoba" macərası başa çatır
Millimizin futbolçusu Eddi İsrafilov çıxış etdiyi "Kordoba" klubundan ayrılacaq.
Sportal.az xəbər verir ki, La Liqaya vəsiqə qazanmayan komanda heyətdə islahatlar aparacaq. Bu baxımdan "Kordoba" bir neçə futbolçusu ilə yolları ayıracaq. Göndəriləcək futbolçuların siyahısında Eddi İsrafilovun da adı var.
Qeyd edək ki, 2016-cı ilin yanvarından "Kordoba"da çıxış edən Eddi İsrafilov "Real Mursiya" klubuna məxsusdur və müqaviləsi gələn mövsümün sonunda başa çatacaq.
saytlarin hazirlanmasi