"Barselona" ilə sözləşməni uzadıb
"Barselona" aparıcı futbolçularından olan Neymarla yeni müqavilə imzalayıb.
Sportal.az ki xəbər verir ki, Braziliya milli komandasının üzvü bu gün Kataloniya klubu ilə müqavilənin müddətini artırıb. Bu barədə "Barselona"nın rəsmi saytı məlumat yayıb. 24 yaşlı hücumçu müqaviləyə əsasən 2021-ci ilə qədər "Barsa”nın uğurları üçün çalışacaq.
Qeyd edək ki, hər hansı klub Neymarı transfer etmək istəsə "Barselona"ya 230 milyon avro ödəməli olacaq.
saytlarin hazirlanmasi