Lionel Messi həbs cəzası aldı

15:46 - 6 İyul 2016

Vergidən yayındığı üçün
 
"Barselona"nın ulduz futbolçusu Lionel Messi həbs cəzasına məhkum edilib.
 
Sportal.az xəbər verir ki, Messi və atası vergidən yayındıqları üçün 21 ay həbs cəzası alıblar. Argentinalı futbolçu ümumilikdə 4,1 milyon avro vergidən yayınıb. Buna görə də, İspaniya məhkəməsi ata və oğula cəza verib.
 
Lakin Messi və atası cəzaçəkmə müəssəsində olmayacaqlar. Çünki İspaniyada cəza müddəti 24 aydan aşağı olanlar həbs olunmurlar. Onların 21 aylıq cəzaları pula çevriləcək. Messi və atası 3,5 milyon avro cərimə ödəyəcəklər.

Xəbər xətti