Silva futboldan getdi
Madrid "Real”ının braziliyalı futbolçusu Lukas Silva karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, 23 yaşlı futbolçunun karyerasını bitirməsinə səhhətində yaranan problemlər səbəb olub. 2015-ci ilin yanvarında "Kruzeyro"dan 14 milyon avro qarşılığında "Real”a cəlb olunan yarımmüdafiəçi ürəyində yaranan problemlərə görə karyerasını başa vurub.
Futbolçu bu barədə şəxsi "instagram” səhifəsində məlumat verib:
"Çox mübarizə apardım, amma alınmadı. Mən bunu bacarmadım. Yaşamaq hər şeydən dəyərlidi. Peşəkar futboldan uzaqlaşsam da, futbolla nəfəs almağa davam edəcəm".
Qeyd edək ki, gənc futbolçu bir müddət öncə Braziliyada ilin ən yaxşı gənc futbolçusu adını qazanmışdı. Silva ötən mövsümü icarə əsasında Fransanın "Marsel" klubunda keçirib.
saytlarin hazirlanmasi