Həkimlər ciddi problem görmürlər
"Real" Madridin futbolçusu Lukas Silvanın karyerasını başa vurduğu haqda xəbər vermişdik.
Sportal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi yenidən futbola qayıdıb. 23 yaşlı futbolçu təkrar həkim müayinəsindən keçib və səhhətində ciddi problemin olmadığı bildirilib. Həkimlər Silvanın futbol oynamasına icazə veriblər.
"Sportinq" Lissabona transfer zamanı tibbi müayinədə ürəyində problemlər yaşandığı üçün karyerasını başa vuran Lukas Silva bir müddət istirahətdən sonra "Real" Madridin məşqlərinə qoşulacaq.
Xatırladaq ki, Silva son mövsümü icarə əsasında "Marsel"də keçirib.
saytlarin hazirlanmasi