Baş məşqçi postuna Julyen Lopeteqi gətirilib
İspaniya milli komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, Visente Del Boskenim istefasından sonra boş qalan posta Julen Lopeteqi gətirilib. 49 yaşlı mütəxəssis saat 18:30-da milli komandanın bazasında rəsmən ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, məşqçilik karyerası ərzində İspaniyanın 19, 20 və 21 yaşlılardan ibarət milli komandalarını çalışdırmış mütəxəssisin son iş yeri "Porto" olub.
saytlarin hazirlanmasi