"Barselona" rəsmisi: "Arda Turanı satmaq kimi bir düşüncəmiz yoxdur"

17:26 - 27 İyul 2016

"Ondan faydalanmaq istəyirik"

 

Arda Turanın "Barselona"dakı taleyinə aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, Türkiyə millisinin kapitanı Kataloniya klubunda qalacaq. Son günlər Ardanın satılacağı ilə bağlı xəbərlərə aydınlıq gətirən "Barselona"nın icraçı direktoru Robert Fernandez 29 yaşlı yarımmüdafiəçinin satılmayacağını bildirib: "Arda Turanı satmaq kimi bir düşüncəmiz yoxdur. Ondan faydalanmaq istəyirik. Bizə nə qədər dəyərli və faydalı oyunçu olduğunu göstərməlidir".

 

Fernandez həmçinin Ardanın son günlər İspaniya mətbuatında Türkiyə klublarına icarəyə veriləcəyi ilə bağlı yayılan xəbərləri də təkzib edib.

Xəbər xətti