La Liqa klubunda gözlənilməz ayrılıq

11:11 - 11 Avqust 2016

İspaniyanın "Vilyarreal" klubunda gözlənilməz ayrılıq reallaşıb.

 

Sportal.az xəbər verir ki, "sarı sualtı qayığ"ın baş məşqçisi Marselino Qarsiya Toral istefaya göndərilib. 50 yaşlı mütəxəssisin gözlənilməz gedişinin səbəbləri açıqlanmayıb.

 

Yeni çalışdırıcının isə Manuel Pelleqrinin olacağı gözlənilir.

 

Qeyd edək ki, "Vilyarreal" ÇL-nin təsnifat mərhələsinin pley-off-unda "Monako" ilə qarşılaşacaq.

Xəbər xətti