"Barselona" 2 futbolçusunu itirdi

16:58 - 15 Avqust 2016

"Barselona"nın heyətində ciddi itkilər baş verib.

 

Sportal.az xəbər verir ki, İspaniya Superkuboku uğrunda ilk oyunda səfərdə "Sevilya" ilə qarşılaşan (2:0) Kataloniya təmsilçisi 2 aparıcı futbolçusunu itirib. Belə ki, qarşılaşmada zədə alan Jeremi Matye və Andres İnyestanın durumlarına aydınlıq gəlib. Klubdan verilən açıqlamada bildirilir ki, İnyestanın 2, Matyenin isə ən azı 3 həftəlik komandaya kömək edə bilməyəcək.

 

Qeyd edək ki, hər iki futbolçu İspaniya superkubokunun "Sevilya" ilə cavab matçını, La Liqanın ilk iki turunun "Betis" və "Atletik"lə oyunları da buraxmalı olacaqlar.

Xəbər xətti