Braziliya millisinin sabiq üzvü Ronaldinyonun yeni iş yeri müəyyənləşib.
Sportal.az xəbər verir ki, 36 yaşlı futbolçu yenidən "Barselona"ya qayıdıb. Ronaldinyo "Barselona"nın ABŞ-dakı elçisi təyin olunub. Braziliyalı futbolçu okeanın o tayında "Barselona"nı təmsil edəcək və komanda üçün yeni ulduzlar axtarışında olacaq.
Qeyd edək ki, "Barselona" sentyabrın 6-da Nyu-York şəhərində yeni ofis açacaq. Açılışda Ronaldinyo və klubun prezidenti Xosep Mariya Bartomeu da iştirak edəcək.
Xatırladaq ki, Ronaldinyo 2003-2008-ci illərdə "Barselona"da çıxış edib.
saytlarin hazirlanmasi