Argentina millisinin və "Barselona"nın ulduz futbolçusu Lionel Messi saçlarını sarı rəngə boyamasının səbəbini açıqlayıb.
Sportal.az xəbər verir ki, Messi saçlarını boyamasını ağır günlər keçirməsi ilə əlaqələndirib:
"Bir müddət öncə ağır günlər keçirirdim. Düşündüm ki, mənə yeni həyata başlamaq lazımdı. Fərqlilik istəyirdim və ona görə də saçlarımı sarı rəngə boyadım".
Messi milliyə qayıtması haqqında da danışıb:
"İnsan fırtına bitdikdən sonra sakit düşünməyə başlayır. Geri dönmək və Argentina ilə xəyalım üçün savaşmaq doğru qərar idi".
Leo böyük oğlu Tyaqonun futbolla maraqlanmadığını qeyd edib:
"Oğluma futbol topları hədiyyə edirəm. Tyaqonun futbola böyük marağı yoxdu. Gələcəkdə hansı peşənin sahibi olacağını bilmirik. Hər şeyi zaman göstərəcək".
saytlarin hazirlanmasi