"Barselona" prezidenti Xosep Maria Bortomeu Lionel Messi barədə danışıb.
Sportal.az xəbər verir ki, ESPN kanalına açıqlama verən klub rəhbəri bir neçə ay ərzində argentinalı ulduza müddətsiz müqavilə təklifedəcəklərini bildirib:
"Messi bizim üçün olduqca önəmlidir. Önümüzdəki aylarda onunla görüş keçirəcəyik və müddət limiti olmayan müqavilə təklif edəcəyik. Messinin hələ 29 yaşı var. İstedadlı və əzmkar oyunçudur. Uzun müddət futbolçu karyerasını davam edə biləcək durumdadır. Bizim onunla bir limitimiz ola bilməz. "Barselona"da qalmağı seçəcəyini düşünürəm",
Qeyd edək ki, Messinin "Barselona" ilə mövcud müqaviləsi 2018-ci ildə başa çatır.
saytlarin hazirlanmasi