İspaniya La Liqasında avqust ayının ən yaxşılarının adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, ötən ayın ən yaxşı məşqçisi “Las Palmas”ın çalışdırıcısı Kike Setyen seçilib. “Leqanes”in qapıçısı Yon Serantes isə ən yaxşı futbolçu adına sahib çıxıb.
Setyenin rəhbərliyi altında “Las Palmas” La Liqanın ilk 2 turunda “Valensiya” (4:2) və “Qranada”nı (5:1) məğlub edib. Bu nəticələr sayəsində komanda hazırda çempionatın lideridir.
Serantes isə “Selta” (1:0) və “Atletiko” (0:0) ilə görüşlərdə qapısını toxunulmaz saxlamağı bacarıb.
saytlarin hazirlanmasi