İspaniya La Liqasının III turu çərçivəsində baş tutan "Barselona" - "Alaves" matçı birincilərin futbolçusu Luis Suares üçün əlamətdar olub.
Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçu ötən gün baş tutan matçla "Barselona"nın heyətində yubiley oyununa çıxıb. Belə ki, Uruqvay millisinin üzvü Katoloniya təmsilçisinin heyətində 100-cü oyununu keçirib. Ancaq forvard özü üçün yubiley matçında sevinə bilməyib.
Debütant "Alaves" çempionluğa iddialı "Barselona"nı 2-1 hesabı ilə məğlub edib.
Maraq üçün bildirək ki, Suarez "Barselona"da keçirdiyi 100 oyunda 88 qol vurub və 42 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi