“Real”ın və Portuqaliya millisinin müdafiəçisi Pepe karyerasını Madrid klubunda davam etdirmək istədiyini deyib.
Sporal.az xəbər verir ki, 33 yaşlı futbolçu AFP-yə açıqlamasında Madriddə özünü çox yaxşı hiss etdiyini və bu klubdan ayrılmaq istəmədiyini bildirib. Pepe müqaviləsinin müddətini uzadacağını söyləyib.
Qeyd edək ki, Pepe 2007-ci ildən “Real”ın şərəfini qoruyur. O, bu müddətdə “kral klubu”nun heyətində meydana çıxdığı 317 oyunda 14 qola imza atıb.
saytlarin hazirlanmasi