Futbol tarixinin ən böyük transfer təklifi: 190 milyon avro

18:14 - 14 Sentyabr 2016

Futbol tarixinin ən böyük transfer təklifi məlum olub.

 

Sportal.az xəbər verir ki, PSJ-nin prezidenti Nasir Əl-Xəlaifi "Barselona"nın ulduz futbolçusu Neymarla görüşüb. Bu barədə braziliyalı futbolçunun meneceri Vaqner Ribeyro məlumat verib. Braziliyanın ESPN kanalında qatıldığı "Bola Da Vez" proqramında menecer bu görüşün detalları haqda məlumat verib.

 

Ribeyro ilk dəfə PSJ prezidentinin Neymarla 1 iyun tarixində görüşdüyünü, ayın sonunda isə bir oteldə ulduz futbolçu və onun atası ilə görüşdüyünü bildirib. 24 yaşlı hücumçu üçün Əl-Xəlaifinin "Barselona"ya 190 milyon avro, futbolçunun özünə isə illik 40 milyon avro təklif etdiyini deyib.

 

Menecerin dediyinə görə gənc futbolçu bu təklifi qəbul etməyib: "Neymar şəhəri və komandasını sevdiyi üçün "Barselona"da qalmaq istədi. Atası da onun İspaniyada qalması üçün təzyiq göstərdi".

Xəbər xətti