"Real"ın baş məşqçisi Zinəddin Zidan üçün İspaniya La Liqasının 4-ci turunda "Espanyol"la oyun (2:0) əlamətdar olub.
Sportal.az xəbər verir ki, fransalı mütəxəssis sözügedən görüşlə ölkə çempionatında ardıcıl 16-cı qələbəsini qazanıb. Bununla da o, bu göstəricidə rekord qıran Barselona"nın sabiq baş məşqçisi, hazırda "Mançester Siti"də çalışdıran Pep Qvardiolaya çatıb.
Zidan La Liqanın 5-ci turunda "Vilyarreal"la matçda qələbə qazanacaqları təqdirdə, La Liqada ən uzun müddət qələbə seriyasını davam etdirən tək məşqçi olacaq.
Qeyd edək ki, Qvardiola 2010/2011 mövsümündə çalışdırdığı "Barselona" ilə La Liqada ardıcıl 16 görüşdə qalib gəlib.
saytlarin hazirlanmasi