Dani Alvesin "Yuventus"a keçidindən sonra sağ cinah müdafiəçisi mövqeyində sıxıntı yaşayan "Barselona" gözünü sürpriz ismə dikdi.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi bu mövqeyi təcrübəli futbolçu ilə gücləndirmək niyyətindədir. Belə ki, La Liqa nəhəngi "Şaxtyor"un 34 yaşlı müdafiəçisi Dario Srnanı transfer etmək istəyir.
Bu barədə Ukrayna mətbuatı iddia irəli sürüb. Ukraynalı həmkarlarımızın yazdığına görə "Barselona" qış transfer pəncərəsi zamanı təcrübəli futbolçu üçün Donetsk klubuna rəsmi təklif göndərəcək.
Qeyd edək ki, 13 ildir "Şaxtyor"un formasını geyinən Srna Ukrayna klubunun heyətində meydana çıxdığı 315 matçda 32 dəfə fərqlənib. O, 131 qarşılaşmada Xorvatiya milli komandasının da şərəfini qoruyub.
saytlarin hazirlanmasi