İspaniya La Liqasında 5-ci tura yekun vurulub.
Sportal.az xəbər verir ki, 4 turdan sonra qələbənin nə olduğunu bilməyən "Valensiya" doğma meydanında debütant "Alavesi" qəbul edib. Pako Ayestaranın istefasından sonra "yarasalar"ı müvəqqəti olaraq çalışdıran Salvador Qonsales azarkeşlərə mövsümün ilk qələbə sevincini bəxş edib. Meydan sahibləri 2:1 hesablı qələbə qazanaraq aktivlərinə 3 xal yazdırıb.
"Valensiya" 2 - 1 "Alaves"
Qollar: Viktor Laquardia, 29 (avtoqol.), Daniel Parexo, 88 (pen.) - Qaiska Tokiero, 45
saytlarin hazirlanmasi