"Real"da ciddi itki: 2 ay oynamayacaq

14:02 - 23 Sentyabr 2016

"Real" Madrid klubu ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, "kral klubu”nun futbolçusu Kazemiro zədə səbəbindən bir müddət yaşıl meydanlardan kənarda qalacaq. İspaniya La Liqasının IV turunda "Espanyol”la matçda zədə alan futboolçu ötən gün tibbi müayinədən keçib. Müayinədən sonra braziliyalı yarımmüdafiəçinin durumunun ciddi olduğu açıqlanıb. Həkimlər Kazemironunun 2 ay futbol oynaya bilməyəcəyini açıqlayıb. 
 

Qeyd edək ki, Braziliya millisinin üzvü olan Kazemiro 2013-cü ildən "Real”da çıxış edir.

 

Xəbər xətti