"Barselona"da Messi şoku yaşanır.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Luis Enrike argentinalı futbolçunun yoxluğunu futbol üçün itki adlandırıb. 46 yaşlı mütəxəssis ulduz futbolçunun yoxluğunu aradan qaldıracaqlarını bildirib:
"Messinin olmaması futbol üçün, hər kəs üçün böyük bir itkidi. Buna bənzər halla ötən mövsüm qarşılaşmışdıq. Həmin dönəmdə yaxşı futbol sərgilədik. Şübhəsiz ki, Messi ilə daha güclüyük, amma o, olmasa da güclü bir komandayıq".
Qeyd edək ki, "Atletiko" Madridlə oynanılan La Liqa matçında zədələnən Messinin 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Luis Enrikenin 29 yaşlı hücumçunun yoxluğunu Arda Turanla dolduracağı gözlənilir.
saytlarin hazirlanmasi