İspaniya La Liqasında yeni rekord

10:55 - 26 Sentyabr 2016

"Valensiya"nın qolkiperi Dieqo Alveş İspaniya La Liqasında yeni rekorda imza atıb.

 

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu La Liqa tarixində qapısına təyin olunan 39 penaltidən 17-ni dəf etməyi bacarıb. La Liqanın VI turunda "Leqanes"lə qarşılaşmada rəqib futbolçu Aleksanr Şizmanovskinin penalti zərbəsini zərərsizləşdirən qapıçı La Liqa tarixinə düşüb. Alveş hazırda La Liqa tarixində ən çox penalti dəf edən qapıçıdır.
 
31 yaşlı qapıçı "Valensiya"nın sabiq qokiperi Andoni Zubizarettanın rekordunu geridə qoyub. Zubizaretta La Liqa tarixində 16 dəfə 11 metrlik cərimə zərbəsini zərərsizləşdirmişdi.

 

Xəbər xətti