"Barselona"nın baş məşqçisi Luis Enrike komandanın yarımmüdafiəçisi Serxi Robertonun oyunundan razıdır.
Sportal.az xəbər verir ki, Kataloniya klubu Roberto ilə yeni müqavilə bağlamaq istəyir. Bununla bağlı futbolçunun agentinə də məlumat verilib.
24 yaşlı futbolçunun müqaviləsi "Barselona" ilə 2019-cu ilə qədərdir. Onu almaq istəyən klub isə 40 milyon avrosundan keçməlidir. Bunu nəzərə alan "Barselona" Roberto ilə 2021-ci ilə qədər yeni müqavilə imzalamaq istəyir.
Qeyd edək ki, "Barselona" bir müddət əvvəl Serxio Busketslə müqaviləni uzadıb.
saytlarin hazirlanmasi