Beylin villasını yandırdılar FOTO

12:32 - 27 Sentyabr 2016

Madrid “Real”ının ulduz futbolçusu Qaret Beylin başı mafiya ilə bəladadır.

 

Sportal.az xəbər verir ki, Beylin sevgilisi Emma Rhis- Cones və mafiya ilə əlaqəsi olan əmisioğlu Epifane Dring 329 min avrouq zinət əşyaları ilə aradan çıxıb. Bu səbəbdən mafiya onların axtarışındadır. Emmanın anası da açıqlama verərək məlumatı təsdiqləyib. O bildirib ki, 5 həftədir qızından xəbər almır: “Qızım Kardiffdə qalırdı. 5 həftədir ondan xəbər yoxdur”.


Axtarışları nəticə verməyən mafiya isə Qaret Beylin İspaniyadakı villasını yandırıb. Hazırda polis uelsli ulduzun evini qoruyur.

 

Bundan başqa “Las Palmas” oyunu üçün oteldə qalan Beyli polislər orada da mühafizə edib. İspaniya polisi 24 saat ulduz oyunçu üçün növbə tutur.

 

Sevgilisinə görə başı bəlada  -  Beylin villasını yandırdılar - Fotolar

 

Xəbər xətti