Luis Enrikedən Arda Turana tərif

12:31 - 29 Sentyabr 2016

"Barselona” Çempionlar Liasının qrup mərhələsinin ikinci turunda səfərdə "Borussiya”nı 2:1 hesabı ilə məğlub edib. "Barselona”nın heyətində 65-ci dəqiqədə Türkiyə millisinin üzvü Arda Turan qol vurub.

 
Sportal.az xəbər verir ki, oyundan sonra "Barselona”nın baş məşqçisi Luis Enrike komandasının ilk qolunun müəllifi Arda Turan haqqında danışıb. O, türkiyəli futbolçunun hazırda əvvəlki formasından daha üstün durumda olduğunu qeyd edib:

 

"Ardanın adına çox xoşbəxtəm. Düzdü, onun komandamıza uyğunlaşması asan olmadı. O, bu dəqiqə daha əvvəlki formasından qat-qat üstün durumdadı. Komandamızda çox önəmli oyunçularımız var. Rafinya və Arda Turan bütün futbolçularımıza ehtiyacımızın olduğunun bariz nümunəsidi"

Xəbər xətti