"Real"da Modriç şoku

14:00 - 2 Oktyabr 2016

“Real”ın aparıcı futbolçularından olan Luka Modriç zədələnib.


Sportal.az xəbər verir ki, Madrid klubundan verilən açıqlamada yarımmüdafiəçinin sol dizində zədələnmə olduğu bildirilib. Modriçin təxminən 4 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

 

31 yaşlı futbolçu zədə səbəbindən Xorvatiya millisinin DÇ-2018-in seçmə oyunları çərçivəsində Kosova və Finlandiya ilə matçlarında da forma geyinə bilməyəcək

 

Xəbər xətti