Zidandan istefa açıqlaması

00:50 - 4 Oktyabr 2016

Madrid "Real”ının baş məşqçisi Zinəddin Zidan istefa verəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Belə ki, "Real” keçirdiyi son 4 oyunda qələbə qazana bilmir. Ötən gün "Eybar”la heç-heçədən sonra (1-1) İspaniya mətbuatı fransız çalışdırıcının yaxın günlərdə istefa verəcəyini iddia edib. 
 
Sportal.az
xəbər verir ki, məsələ ila bağlı mətbuat konfransı keçirən mütəxəssis haqqında çıxan xəbərlərin həqiqət olmadığını bildirib: 
 
"Mən oyunçu yox, baş məşqçiyəm. "Real”da uzun illər oynamışam və bu klubu çox yaxından tanıyıram. Ardcıl iki oyunda alınan uğursuz nəticə komandanı narahat edir. Hazırda haqqımda çıxan xəbərlərə fikir vermirəm. Ancaq belə davam edərsə, lazım olanı edərəm”.

 

Zidan uğursuzluq zolağından çıxmaq üçün bir yollarının olduğunu da vurğulayıb:


“Real” krizisdə deyil. Amma çıxış yolu tapmaq lazımdı. Mən İspaniya çempionatında keçirdiyimiz üç qarşılaşmada qeydə alınan heç-heçələri nəzərdə tuturam. Dortmund “Borussiya”sı ilə bərabərliyi bu sıraya əlavə etmək lazım deyil. Biz daha çox işləməli, oyunun startından intensiv olmalıyıq. Əvvəllər məhz belə oynamışıq. Yenə də əvvəlki kimi olmaq lazımdı. Yeganə çıxış yolumuz budu”.

 


Qeyd edək ki, Zidan Rafael Benitezin istefasından sonra bu ilin əvvəlində komandanın "sükanı arxası”na keçib.

Xəbər xətti