Argentina yığmasının baş məşqçisi Edqardo Bauza hazırda Lionel Messinin zədəsinə görə narahat olduğunu bildirib. Bu səbədən o, məşqlərdən də kənarda qalır.
Sportal.az xəbər verir ki, bu barədə 58 yaşlı çalışdırıcı "Barselona"nın rəsmilərinə məlumat verib:
"Bizim hər birimizin Messiyə ehtiyacımız var və onu yığmada görmək istəyirik. Buna görə də o, bizim aramızda öz qayğısına qalmalıdı".
Qeyd edək ki, Bauza 2 həftə öncə də ,"Barselona"ya klubun tibbi məlumatına inanmadığı barədə məktub yazmışdı.
saytlarin hazirlanmasi