"Barselona"nın ulduz futbolçusu Messinin yaşıl meydanlara qayıdacağı tarix məlum olub.
Sportal.az xəbər verir ki, fizioterapevtlərin nəzarətində fərdi məşqlər edən argentinalı hücumçu 2 həftə sonra komandasına kömək edə biləcək. Belə ki, 29 yaşlı futbolçu oktyabrın 29-da Çempionlar Liqası qrup mərhələsinin 3-cü turu çərçivəsində "Mançester Siti"yə qarşı keçiriləcək matçda iştirak edəcək.
Qeyd edək ki, Messi İspaniya La Liqasının 5-ci turu çərçivəsində Madrid "Atletiko"su ilə görüşdə (1 - 1) qasıq nahiyəsindən zədə almışdı.
saytlarin hazirlanmasi