"Real" Madrid üç futbolçusu ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Sportal.az xəbər verir ki, "kral klubu" Kristiano Ronaldo, Qaret Beyl və Keylor Navasla yeni sözləşmə imzalamaq niyyətindədi. İspaniya mətbuatının yazdığına görə Madrid təmsilçisi yaxın günlərdə bu 3 futbolçu ilə danışıqlar masasına oturmağı planlaşdırır.
FİFA tərəfindən verilmiş cəza səbəbindən növbəti üç transfer pəncərəsi zamanı oyunçu ala bilməyəcəyini nəzərə alan "Real" rəhbərliyi əlində olan futbolçuları saxlamaq istəyir.
Luka Modriç və Toni Krosla yeni müqavilə üçün razılıq əldə olunsa da hələ onlar da rəsmi sənədə qol çəkməyiblər. La Liqa nəhəngi bundan başqa mövsümün sonunda sözləşməsi başa çatan Pepe ilə də yeni müqavilə imzalamaq istəyir.
saytlarin hazirlanmasi