"Mançester Yunayted"in ispan futbolçusu Ander Herrera ilk dəfə milli komandaya dəvət olunub.
Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi İtaliya və Albaniya ilə oyunlar üçün İspaniya milli komandasına çağırılıb. Daha öncə İspaniya milli komandasının hazırki baş məşqçisi Julyen Lopeteqi ilə U-19 və U-21 komandalarında birlikdə çalışmış futbolçu əsas milliyə dəvət almağı ilə bağlı açıqlama verib:
"Qızım və sevgilimlə bir yerdə Madrid küçələrində gəzərkən David de Hea mənə zəng etdi. Başqa şeylər deyəcəyini düşündüyüm üçün telefona cavab vermədim. Daha sonra cavab verdim və mənə milli komandaya dəvət olunduğumu dedi. Əvvəlcə inanmadım, amma sonra Lopeteqi də zəng etdi".
saytlarin hazirlanmasi