Kapello: "Real"ın problemi Ronaldodur"

00:19 - 7 Oktyabr 2016

“Real”ın keçmiş baş məşqçisi Fabio Kapello Madrid klubunun futbolçusu Ronaldo haqqında açıqlama verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis bildirib ki, Ronaldonun Avropa çempionatının final görüşündə Fransa ilə oyunda aldığı zədə onun şəxsi performansını sərgiləməsinə də mane olur:

 

“Hazırda “Real”ın problemi Kriştiano Ronaldodur. Dizində problem olduğu üçün o, oyunu balanslaşdıra bilmir. Mən onun qapıya vura bilmədiyi zərbələri görürəm . O, heç vaxt zərbələri yayındırmırdı. Ronaldnun əsas məqsədi bombardır olmaqdı. Komandası üçün çox vacib futbolçudur”.

 

İtaliyalı mütəxəssis komandanın hazrıki çalışdırıcısı Zinəddin Zidan haqqında da danışıb:

 

“Əgər sən klubuna mükafat qazandırısansa, demək ki yaxşısan. Zidan bu kluba hər kəs üçün vacib  Çempionlar Liqasını qazandırdı. Biz onlara vaxt verməliyik. Onlar hal-hazırda ən üst pillədədir . Bu isə məşqçi üçün ən vacib amildir”.

 

Qeyd edək ki , Fabio Kopello 1996-1997 və 2006-2007-ci illərdə Madrid “Real”ının “sükanı arxasında” olub.

Xəbər xətti