"Atletiko” Madrid bir futbolçusu ilə yeni müqavilə imzalayıb.
Sportal.az xəbər verir ki, paytaxt klubu Qabriel Fernandez Arenasın (Qabi) müqavilə müddətini artırıb. Bu barədə məlumat klubun rəsmi saytından verilib. Yeni sözləşməyə əsasən kapitan 2018-ci ilin yayına qədər "Atletiko"nun uğurları üçün tər tökəcək.
Qeyd edək ki, 33 yaşlı ispan yarımmüdafiəçi 2011-ci ildən Madrid klubunun şərəfini qoruyur. O, komandanın heyətində bu günə qədər 171 oyun keçirib və 6 qol vurmağı bacarıb.