İspaniya milli komandasının heyətində dəyişiklik edilib.
Sportal.az xəbər verir ki, Jordi Alba heyətdən kənarlaşdırılıb. Buna səbəb müdafiəçinin İtaliya ilə qarşılaşmada (1:1) zədələnməsi olub. 27 yaşlı futbolçunun durumunun ciddi olduğu məlum olub.
Baş məşqçi Julen Lopeteqi "Barselona"nın futbolçusunu Naşo Monrealla əvəz edib. "Arsenal"ın müdafiəçisi artıq millinin düşərgəsinə qoşulub.
saytlarin hazirlanmasi