“Barselona”nın müdafiəçisi Xordi Alba zədələnib.
Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu İspaniya millisinin İtaliyaya qarşı keçirdiyi matçda (1:1) zədələnib. Albanın durumuna artıq aydınlıq gəlib. O, 10 gün yaşıl meydanlardan uzaq qalacaq.
İspaniya yığmasının baş məşqçisi Xulen Lopeteqi milliyə "Barselona"nın futbolçusunun əvəzinə "Arsenal"ın stoperi Naço Monrealı dəvət edib.
saytlarin hazirlanmasi