Madridin "Real” klubu daha bir ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, "kral klubu”nun kapitanı Serxio Ramos uzun müddətlik sıradan çıxıb.
Təcrübəli futbolçu İspaniya millisinin heyətində DÇ-2018-in seçmə mərhələsində Albaniyaya qarşı keçirilən matçda zədə alıb. "Marca” qəzetinin yaydığı məlumata görə, millinin kapitanı bu gün tibbi müayinədən keçib və dizində zədə alan futbolçunun 1 ay müddətində yaşıl meydanlardan kənarda qalacağı bəlli olub.
Qeyd edək ki, bu, "Real”ın heyətində ilk itki deyil. Komandanın digər aparıcı futbolçuları Luka Modriç və Marselo da zədədən əziyyət çəkir.