Albaniya ilə oyunda zədələnən Madrid "Real"ının və İspaniya millisinin müdafiəçisi Serxio Ramosun dizində yenidən müayinə aparılıb.
Sportal.az İspaniya mətbuatına əsasən xəbər verir ki, həkimlər oyunçuya sağ diz bağında 2-ci dərəcəli burxulma diaqnozu qoyulub. Təcrübəli futbolçunun sağalması üçün müalicələr davam edir.
Serxio Ramos zədə səbəbindən İspaniya La Liqasında növbəti 4 matçı və Çempionlar Liqasında Varşava “Legiya”sına qarşı keçirilən oyunu buraxmalı olacaq.
Ancaq azarkeşlərin səbirsizliklə gözlədiyi “Real”– “Barselona” duelində Ramosun komandaya qayıdacağı gözlənilir.
Qeyd edək ki , “Real Madrid” - “Barselona” görüşü dekabrın əvvəlinə təsadüf edir.
saytlarin hazirlanmasi