"Barselona"nın aparıcı futbolçusu olan Leonel Messi komanda ilə birgə məşqlərə başlayıb.
Sportal.az xəbər verir ki, 3 həftədir zədə səbəbindən kollektivdən uzaq düşən argentinalı ulduz artıq bu gündən etibarən komandayla birgə çalışmağa başlayıb. 29 yaşlı hücumçu Kataloniya klubunun bu günkü məşqində komanda yoldaşları ilə birlikdə məşq edib.
Messidən başqa fransız müdafiəçi Samuel Umtiti də zədəsini sağaldıb və komanda yoldaşları ilə birgə məşq edir.
saytlarin hazirlanmasi