"Real"da yeni müqavilə

16:34 - 12 Oktyabr 2016

"Real" Madrid bir futbolçusu ilə yeni müqavilə imzalayıb.

 

Sportal.az xəbər verir ki, "kral klubu" Toni Krossla sözləşmənin müddətini uzadıb. Almaniya millisinin üzvü 2022-ci ilə qədər paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb.

 

26 yaşlı yarımmüdafiəçi yeni müqaviləyə əsasən ildə 20 milyon avro qazanacaq.

 

Qeyd edək ki, Kross "Real"a 2014-cü ildə "Bavariya"dan transfer olub. O, La Liqa klubunun heyətində 75 matçda meydana çıxıb.

Xəbər xətti