“Barselona”nın forvardı Neymar klubu haqqında fikirlərini bölüşüb.
Sportal.az İspaniya mətbuatına əsasən xəbər verir ki, braziliyalı ulduz Kataloniya təmsilçisi ilə müqavilənin müddətini uzatmağa qərar verib:
“Özümü “Barselona”dan başqa bir komandada bu qədər xoşbəxt hiss edə bilmərəm. “Nou Kamp” arenandakı atmosfer dünyanın heç bir klubunda yoxdur. Gününü dəqiq bilmirəm, amma tezliklə yeni müqavilə imzalayacam. “Barselona”da və bu şəhərdə çox xoşbəxtəm. Hər şey arzuladığım kimidir. Mən burda çox əylənirəm”.
Qeyd edək ki, Neymar 2013-cü ildə Braziliyanın “Santos” klubundan “Barselona”ya transfer olunub.
saytlarin hazirlanmasi