Pike Şakira ilə tanışlığı haqda: "Ona mesaj yazıb, hava proqnozunu soruşdum"

11:58 - 14 Oktyabr 2016

"Barselona"nın müdafiəçisi Xerard Pike, məşhur kolumbiyalı müğənnni Şakira ilə necə tanış olmaqarı ilə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 6 ildir birlikdə olan və 2 uşaqları olan cütlük 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatı zamanı tanış olub. Kataloniyanın "TV3" kanalına danışan ulduz futbolçu Şakira ilə tanışlıqlarını belə təsvir edib:

 

"2010-cu ildə dünya çempionatına hazırlaşıdığımız vaxtda Şakira ilə Madriddə tanış oldum. Turnirin rəsmi mahnısı olan "Waka-Waka"nın klip çəkilişində idik. Hər şey Cənubi Afrika Respublikasında başladı. Şakira dünya çempionatının açılış mərasimində səhnəyə çıxacaqdı. Mən ona mesaj yazaraq, hava proqnozunu soruşdum.

 

Normalda belə suala "paltarını geyməyi unutma" kimi axmaq bir cavab ala bilərsiz. Ancaq o, mənə hər an havanın durumu haqda mesaj yazdı. Bir dəfə ona "səni yenidən görmək üçün final oynamağımız lazımdır" dedim. Çünki o finalda səhnədə olacaqdı. Hazır finala çıxmışkən, turnirin qalibi olaq dedik, və kuboku qazandıq"

Xəbər xətti