"Real" Madridin ulduz futbolçusu Kristiano Ronaldo klubdakı gələcək karyerası haqda danışıb.
Sportal.az xəbər verir ki, 31 yaşlı futbolçu "kral klubu”dan ayrılmaq niyyətində olmadığını deyib. Portuqaliyalı hücumçu "Real”da olduğu üçün özünü xoşbəxt hiss ediyini vurğulayıb:
"Arzum "Real"da oynamağa davam etməkdi. Uzun müddət burada qalmaq istəyirəm. Bu komandanın ürəyimdə xüsusi yeri var".
Qeyd edək ki, son zamanlar ulduz futbolçu ilə bağlı maraqlı iddialar yayılıb. Onun komandanın baş məşqçisi Zinəddin Zidanla münasibətlərinin yaxşı olmadığı qeyd olunur.