Madrid "Real"ının portuqaliyalı ulduz futbolçusu Kristiano Ronaldo iddialı açıqlamaları ilə gündəmə gəlib.
Sportal.az xəbər verir ki, "La Gazzette dello Sport"a danışan 31 yaşlı hücumçu özünü dünyanın ən yaxı futbolçusu hesab etdiyini deyib:
"Məncə, dünyanın ən yaxşı futbolçusu mənəm. Hər gün ən güclü halıma gəlmək üçün çalışıram. Hər kəs bunu bilərək məni mühakimə etsin. Motivasiyam hələ də yüksək səviyyədədi. Meydandakı bacarığımı da bununla əlaqələndirirəm".
Avro-2016-da ciddi zədə alan Ronaldo indi özünü yaxşı hiss etdiyini bildirib:
"Çox ciddi zədə idi. Bir ay yarım yaşıl meydanlardan uzaq qaldım, amma artıq indi yaxşıyam. Möhtəşəm mövsüm keçirməyə hazıram".
saytlarin hazirlanmasi